Sənət dünyası - “senzuraya” qarşı
Birləşmiş Krallıqda Fələstin mövzusu ətrafında söz, ifadə azadlığı mübahisələri davam edir. Fələstinyönümlü Palestine Action qrupuna verdiyi dəstəyə görə, Sally Rooneyin kitabları satışdan çıxarılıb. Buna e’tiraz olaraq sənət dünyası hərəkətə keçib. Paul Mescal, Tilda Swinton kimi məşhurlar söz azadlığına diqqət çəkən bəyanata imza atıblar. [1]
“Onların [kitabların] yaxşı düşünülməmiş və amansız anti-terror qanunvericiliyi əsasında satışdan çıxarılması bu ölkədə uzun müddətdir ki, təbii hal kimi qəbul edilən söz və ifadə azadlığının əsas prinsiplərinə qarşı bir təhqirdir. Biz istər birbaşa, istərsə də dolayı senzuranı qətiyyətlə rədd edir və hökuməti kursunu dəyişərək, bizi bu repressiv absurdluğa gətirib çıxaran qanunvericiliyə düzəlişlər etməyə çağırırıq”. [2]
Sally Rooney kimdir?
Sally Rooney (İrlandiyalı yazıçı, 1990 və ya 1991)
Ən tanınmış romanları: “Conversations with Friends” (2017), “Normal People” (2018), “Beautiful World, Where Are You” (2021) və “Intermezzo” (2024).
Televiziya adaptasiyaları: İlk iki əsəri əsasında “Normal People” (2020) və “Conversations with Friends” (2022) serialları lentə alınıb. [3]
Variety yazır ki, Palestine Action terror təşkilatı e’lan edildiyi üçün Faber nəşriyyatı müəllifə qonorar ödəyə bilmədiyini və kitabları satışdan çıxardığını bəyan edib. Sənətçilərin imzaladığı və New Statesmandə yayımlanan ortaq bəyanatda söz azadlığına vurğu edilərək hökumətə mesaj verilib: “Sally Rooney terrorçu deyil, yazıçıdır. Onun kitabları ictimaiyyət üçün əlçatan olmalıdır!”.
Bəyanatı imzalayanlardan bə’ziləri:
Paul Mescal və Daisy Edgar-Jones (Normal People serialında baş rol ifaçıları)
Susan Sarandon və Tilda Swinton
Jonathan Glazer və Lenny Abrahamson
Irvine Welsh
Kneecap qrupu və Massive Attack solisti Robert Del Naja və digərləri [1]
Kontekst olaraq Palestine Action (Pal Action də adlandırılır) haqqında mə’lumat verək:
Yaranması və məqsədi: 2020-ci ildə Böyük Britaniyada “İsrailin soyqırım və aparteid rejiminə qlobal dəstəyi kəsmək” məqsədilə qurulmuş birbaşa hərəkət (direct action) şəbəkəsidir.
Fəaliyyəti: Qəzzadakı müharibəyə qarşı e’tirazların fəal iştirakçısıdır. Ən çox səs-küy yaradan aksiyaları Qəzzadakı genosidə e’tiraz olaraq həyata keçirilib.
Əsas hədəfi: Yarandığı gündən bə’ri əsas hədəfi İsrailin silah istehsalçısı “Elbit Systems” şirkətidir.
Hüquqi statusu: 2025-ci ildən etibarən Böyük Britaniyanın Terrorizm Aktına əsasən terror təşkilatı elan edilib. Qrupa üzv olmaq, maddi dəstək vermək və ya ona dəstək ifadə edən əşyalar nümayiş etdirmək cinayət sayılır. [4]
Bu qrupa dəstək çox insana baha başa gəlib.
21 avqustda Amnesty International yazırdı ki, Palestine Action qrupuna qarşı qadağa 5 iyul 2025-ci ildə qüvvəyə minəndən qərara dinc şəkildə e’tiraz edən 3500-dən çox nümayişçi ölkə ərazisində həbs olunub.
Amnesty International UK hökumətin bu addımını kəskin şəkildə qınayıb, ona qarşı kampaniyalar aparır. [5]
Rooney öz nəslinin ən tanınmış ədəbi yazıçılarındandır. Onun təkcə Normal People əsəri Böyük Britaniyada bir milyondan çox nüsxə ilə satılıb. Kitablarının çapı hadisə olur, mağazalarda erkən növbələr belə yaranır. Belə böyük oxucu kütləsinə sahib yazıçının da dolayı senzuraya mə’ruz qalması Avropada söz azadlığının gələcəyini sorğulamağa va’dar edir. Fələstin mövzusu köhnə qitə incəsənətində də’rin çatlar yaradıb. De/Kino Kino və Fələstin mövzusunu daim diqqətdə saxlayacaq.
De/Kino layihəsinə dəstək üçün mənə kofe ala bilərsiniz:
https://buymeacoffee.com/jabizadeh
De/Kino-da həm Normal People serialı analiz ediləcək, həm də yaşadığımız dünyada kino ilə əlaqəli hadisələrin siyasi kontekstinə yer veriləcək. Bizə qoşul, abunə ol, sosial şəbəkələrdə izlə və politik-sinefil icmanın üzvü ol. Həmçinin, fəaliyyətimizi də dəstəkləyə bilərsən.
Tərcümələr Gemini Pro vasitəsilə edilib və redaktə olunub.
Mənbələr:
https://www.newstatesman.com/cover-story/2026/10/sally-rooney-is-a-writer-not-a-terrorist
https://en.wikipedia.org/wiki/Sally_Rooney [You’re using Wikipedia as your source of information?]
https://www.amnesty.org/en/documents/eur45/1370/2026/en/



